| GÜNÜN AYƏSİ |
| "Yer üzərində təkəbbürlə gəzib dolaşma.Çünki sən nə yeri yara bilər,nə də (boyca) yüksəlib daglara çata bilərsən ". (İsra 37) |
GÜNÜN HƏDİSİ |
| "Kim elm ardınca gedərsə, bu işi, keçmiş günahlarının kəffarəti olar. " (Tirmizi, Elm 2) |
HİKMƏTLİ SÖZLƏR |
Elmi ilə əməl etməyən alim; başqalarını bəzəyib özü lüt gəzən iynə kimidir. (İmam Qəzzali)
• Kiçik şeylərə həddindən atıq önəm verənlər,əlindən böyük iş gəlməyənlərdir.
(Əflatun) |
|
|
ELMI MƏCMUƏ |
 |
Fakultəmizin elmi məcmusəinin 4-cü sayı artıq işıq üzü görmüşdür. Bu dəfəki sayımızda əvvəlkilər kimi bir-birindən maraqlı mövzularla zəngindir. İldə bir dəfə çıxan məcmuəmizə elm çevrələrində hər keçən gün artan maraq bizi daha da həvəsləndirir. Biz ümumi milli liderimiz mərhum Heydər Əliyevin “Gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt imkan verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənfəətlərini güdərək, İslam dini prədəsi altında Azərbaycan gənclərinin tərbiyəsini və mənəviyyatını zədələsinlər” şəklindəki çox mənalı sözlərini özümüzə prinsip tutaraq məcmuəmizin dini elmlər sahəsində doğru məlumatlar verərək insanları maarifləndirməyə çalışırıq və bundan sonra da bunun üçün çalışacağıq.
Əlavə məlumat almaq istəyənlər elektron poct adresimizə müraciət edə bilərlər: elmimecmua@yahoo.com
|
|
Xəbərin ardı |
|
MÜSABİQƏ |
 |
12 yanvar 2010 cu il tarixində fakultəmizin konfrans zalında “Əhkam Ayələri Müsabiqəsi” keçirilmişdir. Dinimizin müqəddəs kitabı olan Qurani-Kərimin həyatımıza işıq salan bu ayələrini bilmək hər bir ilahiyyət tələbəsi üçün vacibdir. Müsabiqənin keçirilməsinin əsas məqsədi də tələbələrin bu sahədə daha da püxtələşmələri idi.
Müsabiqədə birinciliyə III kurs tələbəsi Bayramov Ceyhun nail olmuşdur. İkinci yerin sahibi isə IV kurs tələbəsi Çobanov Şirxan olmuşdur. Üçüncü yeri isə II kurs tələbəsi Sadıqov Sərdəl əldə etmişdir. Birinci yerin sahibi Notebookla, iki və üçüncü yerin sahibləri isə mobil telefonlarla təltif olunmuşdur.
|
|
|
|
20 YANVAR |
 |
20 Yanvar Azərbaycan xalqının tarixinə qanla yazılmış səhifələrdən biridir. Amma o müdhiş gecə tariximizə təkcə faciə kimi yox, həm də Azərbaycan xalqının mübarizlik, dönməzlik, qəhrəmanlıq günü kimi daxil oldu. 1990 -cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin razılığı və M.Qorbaçovun fərmanı ilə Bakıya qoşun yeridildi. Rəsmi rəqəmə görə 35 min nəfərdən ibarət həmin ordu hissələrinin tərkibinə SSRİ Daxili İşlər Nazirliyiyinin böyük kontingenti, SSRİ DTK-nın “Alfa” qrupu, həmçinin Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdilər.
|
Xəbərin ardı |
|
26 FEVRAL " XOCALI " SOYQIRIMI |
 |
25 Fevral 2010 – cu il tarixində universitetimizin konfrans zalında Xocalı soyqırımının 18- ci ildönümünə həsr edilmiş "Əsrin ən dəhşətli faciəsi Xocalı" adlı tədbir keçirildi.
Dövlət himni səsləndirildikdən sonra Qurani-Kərimin oxunması ilə başlayan tədbirdə Xocalı faciəsi haqqında müxtəlif kino-kadırlar, nümayiş etdirirldi. Natiqlər hadisə ilə bağlı rəsmi faktlara əsaslanaraq faciənin dəhşətliyini çatdırmağa çalışdılar. Tədbirin sonunda Qafqaz müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin müraciəti oxundu.
|
|
|
|